18 Aprel, 2017
Dolların sabaha olan qiyməti

Azərbaycan Mərkəzi Bankı aprelin 19-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. Bankdan verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,7022 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak ilə hərrac keçirilib. Hərracda manatın orta çəkili məzənnəsi 1,7025 səviyyəsində formalaşıb.

AMB bu gün üçün USD/AZN rəsmi məzənnəsini 1,7026 səviyyəsində müəyyənləşdirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!