17 Aprel, 2017
Gəncədəki istintaq təcridxanasında intihar

Penitensiar Xidmətin Gəncədə yerləşən 2 saylı istintaq təcridxanasında ölüm faktı qeydə alınıb. APA-nın verdiyi məlumata görə, oğurluqda təqsirləndirilərək saxlanılan 1988-ci il təvəllüdlü Bayramov Samir İlyas oğlu təcridxanada özünü mələfə ilə asaraq intihar edib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!