17 Aprel, 2017
Elmar Məmmədyarov Malta və İtaliyaya səfərə gedib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Malta və İtaliyaya rəsmi səfərə yola düşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Simsar.az - a verilən məlumata görə, səfər çərçivəsində nazir E.Məmmədyarovun Malta və İtaliyadan olan həmkarları və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

İtaliyaya səfər çərçivəsində E.Məmmədyarov Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunmuş foto-sərginin açılışında iştirak edəcək və Beynəlxalq Təşkilatlar üzrə İtaliya Cəmiyyəti təşkilatında “Azərbaycanın xarici siyasəti və İtaliya ilə münasibətlər” mövzusunda mühazirə ilə çıxış edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!