17 Aprel, 2017
Avtobus körpüdən çaya düşdü: 10 ölü

Çinin Quyçjou vilayətində avtobus çaya düşüb. Trend-in yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 10 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Hadisə avtobus səhər saatlarında körpüdən keçərkən baş verib.

Daha 4 nəfərin itkin düşdüyü bildirilir. Ərazidə axtarış-xilasetmə işləri gedir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!