17 Aprel, 2017
Naməlum şəxs canlı yayımda qətl törədib - Amerikada

ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində naməlum şəxs "Facebook"un canlı yayımında qətl törədib.  Afroamerikalı şəhər küçələrindən birinə çıxaraq yoldan keçən yaşlı kişini güllələyib. O, ağ rəngli avtomobil ilə hadisə yerindən qaçıb. Cani yeni qətllər törədəcəyini vəd edib. Polis şəhər sakinlərindən mümkün qədər bayıra çıxmamağı xahiş edib. İlkin məlumata görə, cinayətkarın adı Stiv Stivensdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!