15 Aprel, 2017
Cənubi Azərbaycanda daşqın baş verib

İranın Şərqi Azərbaycan vilayətində güclü yağıntılar nəticəsində daşqın baş verib. Əcəbşir şəhərində 3 nəfər həlak olub, 13 nəfər itkin düşüb.

Bundan başqa daşqınlar Təbriz, Bünab, Azərşəhr, Marağa və Əhərdə qeydə alınıb. Bu şəhərlərdə itkilərin olub-olmaması barədə hələ məlumat verilməyib. (“Trend”)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!