15 Aprel, 2017
Arvad parkda ərini bıçaqladı

Bakıda arvad ərini bıçaqlayıb. "Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda, Rəşid Behbudov küçəsində yerləşən parkların birində qeydə alınıb.  Belə ki, 1988-ci il təvəllüdlü Məmmədov Mahmud Şahzadə oğlu həyat yoldaşı ilə mübahisə edib. Nəticədə o, arvadı tərəfindən bıçaqlanıb. Ağır xəsarət alan M.Məmmədov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!