2 İyun, 2011
Rayonlara dolu düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, iyunun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam tutqun olacağı gözlənilir. 

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-19 dərəcə isti, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, iyunun 2-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!