14 Aprel, 2017
Qənirə Paşayeva: "Sulu qalyanın qadağan edilməsi qanun layihəsinə daxil edilməlidir”

Azərbaycanda sulu qəlyanın da istifadəsinin qadağan edilməsi də təklif edilir. Simsar.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentdə yeni hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi zaman deyib.

Q.Paşayeva bildirib ki, sulu qəlyan da insan sağlamlığı üçün zərərlidir: “Ona görə də sulu qalyanın da qadağan edilməsi ilə bağlı məsələ yeni hazırlanmış qanun layihəsinə daxil edilməlidir”. Digər millət vəkilləri də sulu qəlyanın istifadəsinin qadağan edilməsi təklifini dəstəkləyiblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!