14 Aprel, 2017
Aeroport yolunda dəhşətli qəza - 3 ölü - FOTO

Bu gün Zığ qəsəbəsindən hava limanı istiqamətində olan yolda dəhşətli qəza baş verib. "Qafqazinfo"nun verdiyi xəbərə görə, qəza təxminən 1 saat əvvəl olub. “Kia” markalı 90 VT 097 nömrəli avtomobillə 10 AX 002 nömrəli “VAZ” 2107 markalı maşın toqquşub. Qəza nəticəsində "07" alışaraq yanıb. İlkin məlumata görə, maşının içində 2 nəfər yanaraq ölüb. Qəzada ölənlərin sayı 3 nəfərə çatıb.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!