14 Aprel, 2017
Bakıda şirniyyat evində yanğın olub

Bakı yanğın hadisəsi qeydə alınıb. FHN-nin saytının verdiyi xəbərə görə, yanğın paytaxtın Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan şirniyyat evində baş verib. Nəticədə obyektin lambirdən ibarət tavanı 20 m2 sahədə və 2 ədəd soba yanıb. Şirniyyat evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!