2 İyun, 2011
“Facebook” ilə “Google”-nin əməkdaşlığı baş tutmadı

“Google” şirkətinin baş direktoru Arik Şmidt “Facebook”la əməkdaşlıq etməyə cəhd göstərdiklərini, ancaq bu cəhdlərinin nəticə vermədiyini açıqlayıb. 

Simsar.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Arik Şmidt hər iki şirkətin təmsilçilərinin San-Fransisko konfransında görüşdüklərini söyləyib. O qeyd edib ki, bütün mümkün variantlar təklif olunmasına baxmayaraq, “Facebook” “Google” ilə əməkdaşlığa və “Google”nin onun baza məlumatlarına çıxış əldə etməsi təklifinə etirazını bildirib: “Biz “Facebook”u əməkdaşlığın zəruri olmasına inandırmağa çalışsaq da, onlar bizimlə müqavilə imzalamağa hazır deyillər”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!