7 Aprel, 2017
Maskalı şəxs yanacaqdoldurma məntəqəsinə basqın edib

Cəlilabadda yanacaqdoldurma məntəqəsinə basqın olub. "Report"un məlumatına görə, hadisə rayonun Alar kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd ərazisində "Al-petrol" yanacaqdoldurma məntəqəsinə daxil olan maskalı şəxs orada işləyən şəxsləri bıçaqla hədələyib və seyfi açmağı tələb edib. İstəyinə nail ola bilməyən şəxs qaçaraq hadisə yerini tərk edib.

Hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!