6 Aprel, 2017
Bu gün Bakı dairəvi avtomobil yolu bağlanacaq

Bu gün Bakı Dairəvi-1 avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. "Azəravtoyol" ASC-dən Simsar.az-a  daxil olan məlumata görə, həmin yolda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri aparılacaq.

"Rənglənmə işləri axşam saatlarınadək başa çatdırılacaq. “Azəravtoyol” sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə edir", - deyə məlumatda qeyd olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!