6 Aprel, 2017
Beyləqan sakini həmyerlisini güllələyib

Beyləqanda silahlı insident olub.

Beyləqan rayon Prokurorluğundan  verilən məlumata görə, rayon sakini, 1972-ci il təvəllüdlü Malik Əbdülhüseyn oğlu Zalov həmyerlisi, 1958-ci il təvəllüdlü Nadir Qəzəb oğlu Mirzəyev tərəfindən güllələnib. M. Zalov xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən N. Mirzəyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. (apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!