5 Aprel, 2017
Ətçəkən maşın qadının başına düşdü

Qazaxda qadın ehtiyatsızlıq nəticəsində xəsarət alıb.

Simsar.az-ın Lent.az-a istinadən məlumatına görə, Qazax şəhər sakini, 1963-cü il təvəllüdlü Məmmədova Nəsibə Sədi qızı mətbəxdə hündürlükdən ətçəkən maşını götürmək istəyərkən dəmir qurğu onun başına düşüb.

Başından xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!