5 Aprel, 2017
Partlayışda ölən həmyerlimizin meyidi Bakıya gətirildi

Sankt-Peterburqda metroda törədilən terror aktı nəticəsində həlak olan azərbaycanlının meyiti Bakıya gətirilib. APA-nın Heydər Əliyev Beynəlxalq Hava Limanında olan əməkdaşının verdiyi məlumata görə, Dilbər Əliyevanın nəşini gətirən təyyarə Bakıya enib. Mərhumun meyiti yaxınlarına təhvil veriləcək.   Yaxınlarının  verdiyi məlumata görə, D. Əliyeva sabah Bakı şəhərində dəfn olunacaq. Yas mərasimi isə Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində keçiriləcək. Qeyd edək ki, aprelin 3-də Sankt-Peterburq metrosunda baş verən partlayışda 14 nəfər ölüb, 49 nəfər yaralanıb. Yaralananlar arasında Azərbaycan əsilli Rusiya vətəndaşı Zaur Vəliyev də var.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!