5 Aprel, 2017
Nazirimiz kralla görüşdü

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 5-də İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanı kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səud ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında ikitərəfli əlaqələr və əməkdaşlıq raz-istiqamətləri, xüsusilə də hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüşdə həmçinin Səudiyyə Ərəbistanının dövlət naziri, Nazirlər Kabinetinin üzvü doktor İbrahim bin Əbdüləziz Al-Assaf, mədəniyyət və informasiya naziri doktor Adel bin Zaid Altoraifi və Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Rasim Rzayev də iştirak ediblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!