1 İyun, 2011
Abituriyentlərin ərizə müddəti başa çatdı

110 min 426 abituriyent elektron ərizəsini təsdiqləyib

2011-2012-ci tədris ilində ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün internet vasitəsilə 31 may saat 17:00-dək “Elektron ərizə” doldurmuş abituriyentlərin tələb olunan sənədləri sənəd qəbulu komissiyalarına təqdim edərək ərizələrini təsdiq etdirmələri üçün ayrılan əlavə 1 gün də başa çatıb. 



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, abituriyentlər bu saat 17:00-dək sənədlərini sənəd qəbulu komissiyalarına təqdim edərək ərizələrini təsdiqlətdiriblər. 


Beləliklə, bu saat qədər olan məlumata görə, 110 min 426 abituriyent elektron ərizəsini təsdiqləyib.

Abituriyentlərin 99 min 192 nəfəri Azərbaycan bölməsinə, 11 min 234 nəfəri rus bölməsinə müraciət edib. Azərbaycan bölməsində I qrup üzrə 31 min 707, II qrup üzrə 23 min 876, III qrup üzrə 29 min 521, IV qrup üzrə 14 min 88 abituriyent elektron ərizələrini təsdiqlədib. Rus bölməsində isə I qrup üzrə 3 min 282, II qrup üzrə 3 min 194, III qrup üzrə 3 min 338, IV qrup üzrə 1420 abituriyent elektron ərizələrini təsdiqlədib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!