5 Aprel, 2017
İki kəndə qaz verildi - UCARDA

Bu gün Ucar rayonunun Qaracallı və Yuxarı Şilyan kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, tədbirdə rayon İcra Hakimiyyətinin və İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 830 abonenti olan Qaracallı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 160 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 83 509 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 830 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

735 abonenti olan Yuxarı Şilyan kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 70 731 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 735 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Ucar rayonunun daha iki kəndində (Təzə Şilyan və Bərgüşad) tikinti-quraşdırma işləri davam etdirilir və yaxın günlərdə bu yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!