5 Aprel, 2017
İTV-nin Yayım Şurasına namizədlər açıqlandı

Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin təyin edilməsi məsələsi müzakirə edilib. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov namizədləri təqdim edib.

O bildirib ki, Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslər Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət, Demokratik Jurnalistlər Liqasının (DJL) sədri Yadigar Məmmədli, AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının katibi - Aparat rəhbəri Həsən Cəfərov və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərovdur.

R.Hüseynov komitənin bu namizədləri dəstəklədyini söyləyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!