1 İyun, 2011
Mətbuat şurası jurnalistə yubiley keçirdi

Əminə Yusifqızının 60 yaşı oldu

Mətbuat Şurasından Simsar.az-a verilən məlumata görə, tədbiri açan Yevlax Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Qənimət Qaraşov Əminə Yusifqızının həyat yolu və yaradıcılığı barədə məlumat verib, onun peşəkar jurnalistlik fəaliyyəti ilə yanaşı, rayonun ictimai işlərində aktiv iştirak etdiyini vurğulayıb. 


Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, deputat İlham Məmmədov və başqaları da Əminə Yusifqızı haqqında xoş sözlər söyləyiblər. Yubiley tədbiri respublikanın tanınmış incəsənət ustalarının ifa etdikləri musiqi nömrələri ilə də yaddaqalan olub.

Sonda çıxış edən Əminə Yusifqızı fəaliyyətinə verilən yüksək dəyərə tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!