5 Aprel, 2017
Namus üstündə həmkəndlisini qətlə yetirdi

Cəlilabadda qətl törədilib. Hadisə ötən gün axşam saatlarında rayonun Sərhədabad kəndində qeydə alınıb.

Kənd sakini Əli Əliyev həmkəndlisi Nemət Aslanovu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. İlkin ehtimala görə, hadisə namus üstündə baş verib. Əli Əliyev qətli törətdikdən sonra könüllü polisə gələrək təslim olub. Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!