4 Aprel, 2017
Mərkəzi küçələrdə bu gecə də təmir işləri aparılacaq

Bakıda bu gecə avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam edəcək.

"Azəravtoyol" ASC-dən Simsar.az -a verilən məlumata görə, analoji işlər bu gecə Nəsimi rayonu, 28 May və Xəqani küçəsində aparılacaq: "Rənglənmə işləri səhər saatlarınadək başa çatdırılacaq".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!