4 Aprel, 2017
ANS-in daha bir siması ARB-də

ANS-nin keçmiş siması Umka Hacıyeva yeni kanalda işə başlayacaq. Teleaparıcı ARB TV –yə işə düzəlib və yeni mövsümdə tamaşaçı qarşısına çıxacaq.

Verilişin adı və başlama tarixi hələlik məlum deyil.  Ancaq Umka instaqramda yayılan xəbəri təsdiqləyən foto paylaşıb.

O, kanalın binasının qarşısında çəkilən şəklini izləyiciləri ilə bölüşüb.

Xatırladaq ki, ANS TV-nin bir çox simaları ARB TV-də çalışmağa başlayıb. Onlardan Ulvira Qarayeva, Elgiz Əkbər və başqalarını misal çəkmək olar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!