4 Aprel, 2017
“20 Yanvar” da qatar qadını vurdu

Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında qatar sərnişini vurub. Simsar.az xəbər verir ki, hadisə ilə bağlı Unikal.org-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, xəsarət alan şəxs 50-55 yaşlı Adıgözəlova Rəfiqə adlı xanımdır: “O, təhlükəsizlik qaydalarına riayət etmədiyinə görə qatar platformaya daxil olarkən bədbəxt hadisə baş verib. Qatar xanımı vurub. Həmin an Təcili yardım çağrılaraq onu xəstəxanaya aparıblar”.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!