4 Aprel, 2017
Terrorda ölənlərin sayı 14-ə çatdı

Sankt-Peterburqda terror aktı nəticəsində həlak olanların sayı artıb.APA-nın Rusiya bürosunun məlumatına görə, Rusiyanın səhiyyə naziri Veronika Skvortsova bildirib ki, ölənlərin sayı 14-ə çatıb.

Bundan əvvəl ölənlərin sayının 11 nəfər olduğu bildirilmişdi.

Qeyd edək ki, dünən Sankt-Peterburq metrosunda partlayış törədilib. Hadisə nəticəsində 1 azərbaycanlı ölüb, 1 azərbaycanlı yaralanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!