3 Aprel, 2017
Niyam Salami "Dost olaq" ı təqdim etdi - VIDEO

Simsar.az xəbər verir ki, bu gün müğənni Niyam Salami media nümayəndələrini başına topladı. Belə ki, gənc müğənni Nurlan Təhməzli ilə "Dost olaq" adlı duetə çəkdirdiyi klipin təqdimat mərasimini keçirtdi. Qeyd edək ki, sözləri Xuraman Vəfaya, musiqisi Şadmehr Aghiliyə məxsus olan mahnını Elmar Məmmədov ekranlaşdırıb. Təqdimatın aparıcısı Lalə Əlimuxtarova əvvəlcə dəvətliləri salamlayıb, sonra isə sözü N.Salamiyə verib. Müğənni gələn media nümayəndələrinə minnətdarlıq edərək bildirib ki, "Ay ürək" mahnısından sonra təqdimat mərasimi etməyib. "Bu təqdimata həmkarlarımı da dəvət edə bilərdim. Onlar da öz gözəl sözlərini deyə bilərdilər. Amma sizinlə sıx təmasda ola bilmirdim deyə belə qənaətə gəldim. Əgər bir işi görmüşəmsə təbii ki, onu öncə jurnalistlərə, media işçilərinə təqdim etməliyəm". Daha sonra yeni klip dəvətlilər üşün göstərilib.

Yasəmən Məmmədova

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!