3 Aprel, 2017
Güclü külək gözlənilmir

"Yaxın iki gün ərzində ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

O bildirib ki, növbəti günlərdə ölkə ərazisində mülayim cənub küləyi əsəcək: "Küləyin sürətinin saniyədə 7-12, gündüz arabir 15-16 metr olacağı gözlənilir. Yəni, güclü külək gözlənilmir".

Mütəxəssis qeyd edib ki, növbəti günlərdə Bakıda havanın temperaturu günorta saatlarında 12-17 dərəcə olacaq: "Hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Bəzi yerlərdə zəif duman gözlənilir. Mərkəzi aran rayonlarında havanın temperaturu günorta saatlarında 15-20, dağlıq ərazilərdə isə 9-15 dərəcə isti təşkil edəcək".(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!