3 Aprel, 2017
"Partlayışda ölən və yaralananlar arasında azərbaycanlı yoxdur"

"Hadisə yerindən əldə edilən ilkin məlumatlara görə, Sankt-Peterburqda metro stansiyalarındakı partlayışlar nəticəsində ölən və yaralananlar arasında azərbaycanlı yoxdur".

Bunu "Report"un Rusiya bürosuna açıqlamasında Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov deyib.

"Müvafiq xidmətlərlə əlaqədəyik və yeni məlumat olacağı təqdirdə xəbər veriləcək", - S.Qasımov bildirib.

O, hadisə yerində istintaq qrupunun işlədiyini vurğulayıb.

S.Qasımovun hadisə yerindən əldə etdiyi məlumata görə, metrodakı partlayışlar zamanı 5 nəfər ölüb, 55 nəfər yaralanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!