3 Aprel, 2017
Lavrovdan Dağlıq Qarabağ açıqlaması

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Ermənistan və Azərbaycanın siyasi iradəsindən və kompromisslərə getməyə hazırlığından asılıdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni mətbuatına müsahibəsində deyib. Nazir qeyd edib ki, bir çox məsələlər üzrə razılıq əldə olunub: "Bir neçə, amma daha mürəkkəb məsələ qalıb. Lakin aydındır ki, işə yekun vurulması, ilk növbədə, ölkələrin öz siyasi iradəsindən və onların kompromiss qərarlara getməyə hazır olmasından asılıdır".

S.Lavrov bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının fəal iştirakçısı olaraq qalır. (trend)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!