3 Aprel, 2017
Diqqət!!! Bu yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

“Azəravtoyol” ASC-dən Simsar.az -a verilən məlumata görə, bu gün saat 11:00-dan axşam saatlarınadək Suraxanı rayonu, Heydər Əliyev prospekti "Suraxanı yol qovşağı"nda, həmçinin Səbail rayonu, Azneft dairəsi - Bayraq Meydanı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bundan başqa, axşam saat 22:00-dan səhər saatlarınadək isə Nəsimi rayonu, Kövkəb Səfərəliyeva və Dilarə Əliyeva küçələrində də analoji işlər aparılacaq. Bu səbəbdən sözügedən küçələrin bəzi hissələrində nəqliyyat vasitələrinin hərəkəti tam olaraq, bəzi ərazilərdə isə rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!