3 Aprel, 2017
Nazarbayev Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan Prezidenti Nursultan Nazarbayev aprelin 3-də Şəhidlər xiyabanını ziyarət edib. Simsar.az xəbər verir ki, xiyabanda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Nursultan Nazarbayev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Qazaxıstanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən Qazaxıstan Prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!