1 Aprel, 2017
Maşın körpüdən aşdı - BAKIDA

Bakının Qaradağ rayonunda, Bakı-Ələt magistral yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Mercedes” markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində sürücü və bir qadın sərnişin hadisə yerində dünyasını dəyişib. Meyitlərdən birini maşından çıxarmaq mümkün olmayıb. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Onlar minik avtomobilində sıxılmış vəziyyətdə qalmış Səlimov Səlim Zakir oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Avtomobildə olan digər üç nəfər isə xəsarət alıb. 1 saylı Şəhər Kliniki Xəstəxanasından sayta verilən məlumata görə, yaralılar ora gətirilib. Onlardan birinin vəziyyəti ağırdır.

İlkin məlumata görə, qəza nəticəsində xəsarət alanlar arasında polis əməkdaşı da var.

“Report”un verdiyi son məlumata görə isə hadisə zamanı iki qardaş - 1988-ci il təvəllüdlü Cəlilov Xəyyam İlham oğlu, habelə 1993-cü il təvəllüdlü Cəlilov Gülağa İlham oğlu xəsarət alıblar.

Yaralılardan biri - Cəlilov Gülağa İlham oğlu xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!