31 Mart, 2017
Sərxoş kişi divanın altında qaldı
Bakıda 37 yaşlı kişi üzərinə divan düşməsi nəticəsində ağır xəsarət alıb.
Hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Şamil Kazımov küçəsi 21 ünvanındakı mənzillərdən birində yaşayan 1980-ci il təvəllüdlü Babayev Tural Xanmirzə oğlu evdə sərxoş vəziyyətdə divanı qaldırıb. Nəticədə T.Babayev ağırlığa tab gətirməyərək yıxılıb. Divan onun üzərinə düşüb. T.Babayev sınıq xəsarətləri alaraq 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hadisənin dəqiq hansı şəraitdə baş verməsi Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının araşdırmalarından sonra məlum olacaq. (report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!