31 Mart, 2017
Külək məktəbin dam örtüyünü uçurub - NEFTÇALADA

Neftçala rayonunda məktəb binasının dam örtüyü uçub.  Neftçala rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, bu gün günorta saatlarından etibarən rayonda güclü külək əsməyə başlayıb. Küclü külək nəticəsində rayonun Xıllı qəsəbə 1 saylı tam orta məktəb binasının dam ötüyü uçaraq yerə düşüb. Dərs saatları olmadığından xəsarət alan olmayıb. Lakin, məktəbin binasına ciddi ziyan dəyib.

Qeyd edək ki, məktəb binasının dam örtüyü ötən ilin yayında yenilənmişdi.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!