31 Mart, 2017
Yol qəzası baş verdi: 2 ölü,4 yaralı

Yasamal rayonunun C.Cabbarlı küçəsində 2 nəfərin ölümü ilə nətcilənən ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Simsar.az-a verilən məlumata görə, bu gün saat 1 radələrində Yasamal rayonunun C.Cabbarlı küçəsində Bakı şəhər sakini Salman Binnətli “Mercedes” markalı avtomobili idarə edərkən yolun kənarında dayanan Yadulla Məmmədova məxsus “Mercedes” markalı avtomobilə vurub.

Nəticədə idarəetməni itirən S.Binnətlinin avtomobili yolu keçən paytaxt sakini Elçin Əliyevə dəyib və sonra ağaca çırpılıb. E.Əliyev və S.Binnətli hadisə yerində ölüb, avtomobildə olan 4 sərnişini isə xəstəxanaya yerləşdiriliblər.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!