31 Mart, 2017
57 yaşlı kişi özünü doğradı

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Nizami Rayon Prokurorluğundan  verilən məlumata görə, hadisə rayonun Əlif Hacıyev küçəsi 37 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, 57 yaşlı Kamal Məmmədxan oğlu Əzizov yaşadığı evin hamamında qollarını və boğazını kəsib. Çoxlu qan itirən K. Əzizov hadisə yerindəcə keçinib. İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. (apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!