31 Mart, 2017
6 maşın toqquşdu, tıxac yarandı

Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Heydər Əliyev Beynəlxalq Hava Limanından “Koroğlu” metrostansiyasına gedən yolda bir  “VAZ 2101”, bir “VAZ 2106”, bir “Hyundai”, iki “Mercedes” markalı avtomobil və yük maşını toqquşub. Hadisə nəticəsində yolda qısamüddətli tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır. (apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!