30 Mart, 2017
Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması çərçivəsində Mirzəağa Əliyev küçəsinin Murtuza Muxtarov küçəsi ilə kəsişməsində nəqliyyat vasitələrinin hərəkəti 31 mart tarixindən etibarən məhdudlaşdırılacaq.

Bu barədə Simsar.az -a “Azəravtoyol” ASC-dən məlumat verilib. Məlumata görə, hərəkətin məhdudlaşdırılması sözügedən ərazidə aparılan yenidənqurma işləri bitənədək qüvvədə olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!