30 Mart, 2017
Müavin arvadı özünü öldürdü

Qəbələ rayonunda 44 yaşlı qadın intihar edib.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, 1973-cü il təvəllüdlü Natəvan Allahverdiyeva Elman qızı Nohurqışlaq qəsəbəsində yerləşən evində özünü asaraq itnihar edib.

Qəbələ Rayon Prokurorluğundan  “Qafqazinfo”ya bildirilib ki, özünü öldürən qadın Qəbələ rayon icra başçısının müavini Arif Allahverdiyevin arvadıdır.  Qeyd olunur ki, meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib.

Qəbələ rayon prokuroru Məqsəd Orucov, polis şöbəsinin rəhbərliyi və müstənqitlər hazırda hadisə yerindədirlər. İntiharın səbəbi hələ ki, məlum deyil.(qafqazinfo)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!