30 Mart, 2017
SOCAR işçilərin təxliyəsinə başladı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizində elan olunan qasırğa ilə əlaqədar bir sıra obyektlərdən işçilərin təxliyəsini həyata keçirir.

Bu barədə Simsar.az-a şirkətdən məlumat verilib.

Məlumatda qeyd olunur ki, işçilərin təxliyəsi artıq başlayıb: “İş yerlərində yalnız operatorlar qalacaq. Bu yolla da neft və qaz hasilatı dayandırılmayacaq”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, martın 31-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!