30 Mart, 2017
31 yaşlı kişi avtomobilində güllələndi

Şəmkir rayonunda yerli sakin ayağından güllələnib.

Hadisə rayonun Dəllər Daşbulaq kəndində baş verib.

Belə ki, silahlı insident nəticəsində rayon sakini 1986-cı il təvəllüdlü Cavid Şirinov özünə məxsus "Niva" markalı avtomobildə ayağından güllələnib.

Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin vəziyyəti ağır olduğundan, yaralı Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.

Şəmkir rayon Polisi Şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, hadisənin səbəbləri və cinayətkarın saxlanılması istiqamətində tədbir görülür.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!