30 Mart, 2017
Gözün buynuz qişasının Azərbaycana idxalına icazə veriləcək

Azərbaycana gözün buynuz qişasının idxalına icazə veriləcək. Bu gün Milli Məclisin Səhiyyə Komitəsində müzakirəyə çıxarılan və Milli Məclisə tövsiyə edilən “Mülki dövriyyəsinə yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna dəyişiklik barədə layihədə əksini tapıb.

Layihəyə əsasən, gözün buynuz qişası Mülki dövriyyəsinə yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısında yer almayacaq.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!