30 Mart, 2017
Paşa Qəlbinur: "Kollektivimiz mənə sürpriz edib"

Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru,professor şair Paşa Qəlbinur bu gün doğum gününü qeyd edir. Bu münasibətlə səbəbkarla əlaqə saxladıq. Suallarımızı cavablandıran P.Qəlbinur bildirdi ki, hazırda sevimli kollektivi ilə doğum gününü qeyd edir. "Kollektivimiz mənə sürpriz edib. üzərində kitablarımın təsviri olan tort hazırlayıblar. hazırda onunla çay içirik".

Müsahibimizin sözlərinə görə onu ilk təbrik edən həyat yoldaşı olub, elə ilk hədiyyəni də ondan alıb. "Təbrik edənlər çoxdur, hər birinə təşəkkür edirəm. Axşam da evdə ailəmizlə birlikdə qeyd edəcəm".

Qeyd edək ki, Paşa Qəlbinur 1952-ci il martın 30-da Şəmkir rayonunun Çinarlı qəsəbəsində qulluqçu ailəsində anadan olub.

Simsar.az komandası dəyərli alimi təbrik edir!

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!