30 Mart, 2017
Silahlı birləşmə yaradan azərbaycanlı İnterpola verildi

Daha bir azərbaycanlı beynəlxalq axtarışa verilib. Trend-in məlumatına görə, 1980-ci ildə Quba rayonunda anadan olmuş Ramil Omarov İnterpol xətti ilə axtarışa verilib.

Qanunsuz silahlı birləşmə yaratmaqda təqsirləndirilən şəxs barəsində Azərbaycanın məhkəmə orqanları tərəfindən həbs qətimkan tədbiri seçilib və onun haqqında beynəlxalq axtarış elan edilib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!