30 Mart, 2017
Burdur məktəbərində Qarabağ həqiqətləri öyrədiləcək

Azərbaycanın millət vəkili Qənirə Paşayeva ötən gün Türkiyənin Burdur İl Milli Eğitim müdiri Mahmud Bayramla görüşüb.

Simsar.az xəbər verir ki, görüşdə millət vəkili Qarabağ həqiqətlərinin daha geniş yayılması işinin, qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizənin gücləndirilməsi mövzusunda danışıb. Həmçinin Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımının Burdur məktəblərində öyrədilməsinə ehtiyac olduğunu vurğulayıb. Bunun üçün lazım olan kitab, material, sənədli filmlərin rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb tərəfindən Universitetə hədiyyə ediləcəyini də bildirib.

Mahmud Bayram təklifi dəstəkləyib və bu məsələyə baxılacağını bildirib. Qənirə Paşayeva Mahmud Bayrama Azərbaycan həqiqətləri və mədəniyyəti ilə bağlı materialları hədiyyə edib. Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, bölgədə getdikcə daha da gərginləşən vəziyyət, türk dünyasının bir sıra qanayan yaraları ətrafında fikir mübadiləsi aparılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!