30 Mart, 2017
Ülgüclə qollarını doğrayaraq intihar etdi

Sabunçu rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Bakıxanov qəsəbəsi, Anaşkin küçəsi, ev 7-a ünvanında baş verib. Həmin ünvanda yaşayan, 1996-cı il təvəllüdlü Babayev Baba Fərhad oğlu yaşadığı evdə qollarını ülgüclə doğrayıb. Nəticədə B. Babayev hadisə yerində ölüb.

İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!