30 Mart, 2017
Səhiyyə Nazirliyində korrupsiya məsələsi muzakirə olunub

Səhiyyə Nazirliyinin bu il üçün iş planını müzakirə etmək məqsədi ilə toplantı keçirilib.Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, tədbirə Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva sədrlik edib.

Nazirliyin şöbə və sektor rəhbərlərinin iştirak etdiyi toplantıda korrupsiyaya qarşı mübarizə, açıq hökumətin təşviqi məsələlərinə dair şöbələr üzrə görülən və rüblər üzrə nəzərdə tutulan tədbirlər müzakirə edilib.

Sonda toplantı iştirakçılarına müvafiq tapşırıq və tövsiyələr verilib, plandan irəli gələn bir sıra məsələlərin həlli barədə məlumatların vaxtında hesabat xarakterli toplanması tapşırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!