29 Mart, 2017
Prezidentin ayağı xalçaya ilişdi və yıxıldı

Livan prezidenti Mişel Aun ərəb ölkələri liderlərinin iştirakı ilə İordaniyada keçirilən 28-ci Ərəb Sammiti zamanı yıxılıb. Həmin sammitdə iştirak edən Livan nümayəndə heyətinin üzvü "Al Arabiya" telekanalına bildirib ki, insident nəticəsində prezident xəsarət almayıb. İnsident sammitin keçirildiyi iclas zalının yaxınlığında ərəb ölkələri liderləri xatirə şəkli çəkdirərkən baş verib. Prezidentin ayağı xalçaya ilişib, yıxılandan dərhal sonra ətafdakıların köməyilə ayağa qalxıb. Aun elə həmin an iştirakçıların arasına qatılaraq şəkil çəkdirib və iclasda çıxış edib. (trend)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!